İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.

Bizim.Media xəbər verir ki, Konstantin Kosaçov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin salamlarını dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Valentina Matviyenko və Vyaçeslav Volodinə çatdırmağı xahiş edib.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdıran Konstantin Kosaçov bu tədbirə böyük beynəlxalq marağın olduğunu vurğulayıb. 

Qonaq Forumda Azərbaycan Prezidentinin dərin məzmunlu çıxışının önəmini qeyd edib və bildirib ki, dövlətimizin başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qoşulmama Hərəkatının fəaliyyəti, neokolonializm və digər mövzular barədə fikirləri müasir şəraitdə böyük aktuallıq kəsb edir. 

Konstantin Kosaçov vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə çox layiqli yer tutması sevinc doğurur və bu da öz növbəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində vacib amillərdən birinə çevrilir. O, Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfərinin çox uğurlu keçdiyini qeyd edib. Konstantin Kosaçov Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığını deyərək Bakıya hər dəfə gələrkən paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.

Dövlətimizin başçısı beynəlxalq dialoq sahəsində mühüm platformalardan birinə çevrilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Moskvaya səfərinə toxunaraq həmin səfərin çox səmərəli olduğunu və müttəfiqlik münasibətlərimizin strateji xarakterini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşünü xüsusi vurğulayıb. 

Görüşdə hələ sovet dövründə bu layihənin əleyhinə çıxış edən bəzi qüvvələrin olmasına, çoxsaylı texniki, bürokratik və təbii maneələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı zaman Baykal-Amur Magistralının həyata keçirilməsində müstəsna xidmətlərinin qeyd edildiyini məmnunluq hissi ilə bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Rusiyanın iki qonşu dövlət kimi bir-birinə qarşılıqlı dəstək, hörmət, ikitərəfli və çoxtərəfli məsələlərin həlli ilə bağlı maksimal qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb. 

Azərbaycan Prezidenti qeyd edib ki, Rusiya təhlükəsizliyin təmin olunması məsələsində təkcə regionda deyil, daha geniş məkanda mühüm rol oynayır. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin daim yüksələn xətlə inkişaf etdiyini deyərək bunu Cənubi Qafqazda, daha da geniş coğrafiyada regional inkişafın mühüm amili kimi dəyərləndirib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı, eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış etdiyini bildirərək, vacib məsələlərlə, o cümlədən neokolonializmlə bağlı böyük səylər göstərdiyini vurğulayıb. 

Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirdiyini bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcəyini deyib.

Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiya Dövlət Dumasının inzibati binasında Dumanın sədri Vyaçeslav Volodinin iştirakı ilə sərginin təşkilinin əhəmiyyəti qeyd edilib.

Son dövrlərdə Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın inkişafından və Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluq ifadə olunub, iki ölkənin şəhərləri arasında uçuşların sayının artması müsbət amil kimi qiymətləndirilib. Dövlətimizin başçısı bildirib ki, COVID-dən öncəki turizm sayının və göstəricilərinin bərpa olunması artıq realdır.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa toxunulub, bu xüsusda ölkəmizdə rus dilinə göstərilən qayğı və məktəblərdə rus dilinin tədrisi vurğulanıb.

Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaz gəlir, taleyiniz dəyişir: Martdan sonra həyatında sıçrayış edəcək bürclər

Yaz gəlir, taleyiniz dəyişir: Martdan sonra həyatında sıçrayış edəcək bürclər

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

“Qarabağ” “Liverpul”la oyunda tarixi anın şahidi olacaq

“Qarabağ” “Liverpul”la oyunda tarixi anın şahidi olacaq

Azərbaycanın güclənən QLOBAL MÖVQEYİ – Davos Forumunun nəticələri və gələcək PERSPEKTİVLƏR

Azərbaycanın güclənən QLOBAL MÖVQEYİ – Davos Forumunun nəticələri və gələcək PERSPEKTİVLƏR

Qışda maşını istifadə etmirsinizsə, bunu mütləq edin

Qışda maşını istifadə etmirsinizsə, bunu mütləq edin

Almaniya nəhəngi Elvini transfer etmək istəyir - 15 milyon avro

Almaniya nəhəngi Elvini transfer etmək istəyir - 15 milyon avro

Ukrayna-Rusiya-ABŞ danışıqlarının ikinci günü BAŞLADI

Ukrayna-Rusiya-ABŞ danışıqlarının ikinci günü BAŞLADI

Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”

Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”

Vətən müharibəsi qazisi Ukraynada öldürüldü – FOTO

Vətən müharibəsi qazisi Ukraynada öldürüldü – FOTO

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Dubaydan ev alıb, ora köçür

Dubaydan ev alıb, ora köçür

Rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

ZƏKA DUELİ: Süni intellektin bürclərlə bağlı proqnozuna astroloqdan REAKSİYA

ZƏKA DUELİ: Süni intellektin bürclərlə bağlı proqnozuna astroloqdan REAKSİYA

Tramp yalnız iki liderlə görüşdü - İlham Əliyev və Zelenski

Tramp yalnız iki liderlə görüşdü - İlham Əliyev və Zelenski

Aptekdən film kimi oğurluq – ANBAAN VİDEO

Aptekdən film kimi oğurluq – ANBAAN VİDEO

ABŞ-da avtomobil aeroportun girişinə çırpıldı – Yaralılar var – VİDEO

ABŞ-da avtomobil aeroportun girişinə çırpıldı – Yaralılar var – VİDEO

Rusiya Poroşenkonun fabrikini vurdu – VİDEO

Rusiya Poroşenkonun fabrikini vurdu – VİDEO

Qrenladiyada gərginlik PİK HƏDDƏ – Orduya “döyüşə hazır ol” ƏMRİ VERİLDİ

Qrenladiyada gərginlik PİK HƏDDƏ – Orduya “döyüşə hazır ol” ƏMRİ VERİLDİ

Külək əsəcək, şaxta olacaq – Sabahın HAVASI

Külək əsəcək, şaxta olacaq – Sabahın HAVASI

Stiven Miller: “Rusiya yalnız bu ölkədən qorxur” – VİDEO

Stiven Miller: “Rusiya yalnız bu ölkədən qorxur” – VİDEO

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər

2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edib, vətəndaşlardan PUL ALDI

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edib, vətəndaşlardan PUL ALDI

ABŞ-ın yeni milli müdafiə STRATEGİYASI – Ağ Evin üç strateji HƏDƏFİ

ABŞ-ın yeni milli müdafiə STRATEGİYASI – Ağ Evin üç strateji HƏDƏFİ

End of content

No more pages to load

RADİO