Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Ukrayna dronlarının Rusiyanın dərinliklərində neftayırma zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən öz ərazisini müdafiə etməyə məcbur edib. 

Politoco nəşrinin məlumatına görə, bu hücumlar həm də ağlasığmaz nəticələrə gətirib çıxarıb: dünyanın ən böyük neft ölkəsi benzinsiz qalıb və yerli yanacağın qiyməti qalxıb.

“Hökumətin məlumatlarına görə, Rusiya istehlakçıları üçün dizel yanacağının qiymətləri təkcə son bir həftə ərzində təxminən 10 faiz artaraq kəlləçarxa çıxıb. Benzinin qiymətləri də ilin əvvəlindən bəri 20 faizdən çox artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb, çünki təklif azalır və daha çox zavod hasilatı dayandırmağa məcbur olur”, - nəşr yazıb.

Bəs bu durumda Moskva Ukraynaya daha sərt tədbirlərlə cavab verə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiyanın Ukraynaya cavab zərbəsi onun infrastrukturunu əsaslı şəkildə dağıtmaq istiqamətində olacaq:

“Qərbin dəstəyilə Ukrayna ordusu yeni yardımlar alır. Bu müstəvidə də Kiyevin döyüş əzmi artır. Ukrayna artıq uzaq mənzilli raketlər və yaxud atıcı silahlar əldə edərək, Rusiyanın dərinliyində olan obyektləri hədəfə almağa başlayıb. Sözsüz ki, Rusiya Ukraynanın bu hərəkətini cavabsız qoymayacaq. 

Düzdür, Moskvanın ona hansı tərzdə cavab verəcəyini demək çətindir. Fikrimcə, Rusiya ilk növbədə adekvat, hətta bir qədər ondan üstün həcmdə cavab zərbəsi endirəcək. Ukraynanın əsas problemi enerji təminatı məsələsidir. Zaporojye atom elektrik stansiyası onların nəzarətindən çıxıb. Digər su, istilik elektrik stansiyalarının bir çoxunu da Rusiya sıradan çıxarıb. Düşünürəm ki, Rusiyanın Kiyevə cavab zərbələri də məhz bu istiqamətdə olacaq”. 

Müsahibimiz qeyd edir ki, Moskva Ukraynanı enerji təminatı baxımından çökdürməyə, iqtisadi və sosial infrastrukturunu dağıtmağa və Kiyevi belədə danışıqlara gəlməyə məcbur etmək istəyir: 

“Rusiya gözləyəcək ki, Ukrayna sülh danışıqları ilə bağlı ona sorğu göndərsin. Lakin bu Amerikadakı Prezident seçkisinə qədər baş verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp paylaşımında Azərbaycanın da adını çəkib – FOTO

Tramp paylaşımında Azərbaycanın da adını çəkib – FOTO

Avropa İttifaqı liderlərindən İlham Əliyevlə görüşlə bağlı AÇIQLAMA – FOTO

Avropa İttifaqı liderlərindən İlham Əliyevlə görüşlə bağlı AÇIQLAMA – FOTO

Şuşada evdə partlayıcı tələ qurğusu aşkarlandı – FOTO/VİDEO

Şuşada evdə partlayıcı tələ qurğusu aşkarlandı – FOTO/VİDEO

DYP-dən sürücülərə ÇAĞIRIŞ: "Bu şinlərin istifadəsi ciddi təhlükə yaradır"

DYP-dən sürücülərə ÇAĞIRIŞ: "Bu şinlərin istifadəsi ciddi təhlükə yaradır"

İlham Əliyev Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşdü – FOTO

İlham Əliyev Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşdü – FOTO

“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA

“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA

Xızıda gənc özündən 19 yaş böyük tanışını niyə BIÇAQLAYIB? – TƏFƏRRÜAT

Xızıda gənc özündən 19 yaş böyük tanışını niyə BIÇAQLAYIB? – TƏFƏRRÜAT

Hamam otağında yıxılan qadın VƏFAT ETDİ

Hamam otağında yıxılan qadın VƏFAT ETDİ

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qarşılaşır

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qarşılaşır

32 il əvvəl yazılan TARİX – “Həmin seçimlə qüdrətli Azərbaycanın təməli qoyuldu”

32 il əvvəl yazılan TARİX – “Həmin seçimlə qüdrətli Azərbaycanın təməli qoyuldu”

“Həmin pulla nə ev alacam?” - Dərnəgüldə evləri sökülən sakinlər – VİDEO

“Həmin pulla nə ev alacam?” - Dərnəgüldə evləri sökülən sakinlər – VİDEO

Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

Bu şəxslərə “Əmək veteranı” adı verilə BİLƏR – GÜZƏŞT və İMTİYAZLAR

Bu şəxslərə “Əmək veteranı” adı verilə BİLƏR – GÜZƏŞT və İMTİYAZLAR

SON DƏQİQƏ! Bəşər Əsədi Moskvada zəhərlədilər

SON DƏQİQƏ! Bəşər Əsədi Moskvada zəhərlədilər

"Bolt" kartla verilən sifarişi ləğv edən sürücüləri CƏRİMƏLƏMƏYƏ BAŞLADI – FOTO

"Bolt" kartla verilən sifarişi ləğv edən sürücüləri CƏRİMƏLƏMƏYƏ BAŞLADI – FOTO

BMT Baş katibinin "Fəaliyyət Proqramı"nda BTQ-nin hesabatı yer alıb – FOTO

BMT Baş katibinin "Fəaliyyət Proqramı"nda BTQ-nin hesabatı yer alıb – FOTO

ABŞ müdafiə naziri Pit Hegset: “Orduda artıq çəkisi olan generallara yer yoxdur”

ABŞ müdafiə naziri Pit Hegset: “Orduda artıq çəkisi olan generallara yer yoxdur”

İnfarkt niyə "cavanlaşıb"?

İnfarkt niyə "cavanlaşıb"?

Ağdaşda yük maşını QƏZAYA DÜŞDÜ – VİDEO

Ağdaşda yük maşını QƏZAYA DÜŞDÜ – VİDEO

"Tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır" – EKSPERT

"Tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır" – EKSPERT

MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazandı

MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazandı

İlham Əliyev Paşinyanla görüşdü – FOTO/VİDEO

İlham Əliyev Paşinyanla görüşdü – FOTO/VİDEO

Prezidentin Danimarka səfərindən yeni VİDEO

Prezidentin Danimarka səfərindən yeni VİDEO

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış MƏRASİMİNDƏ

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış MƏRASİMİNDƏ

End of content

No more pages to load

RADİO