Meksikada 5,1 maqnitudada zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Tuxtla Qutyerres şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 143 kilometr dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Bizim.Media