Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb.

Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə “etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Qeyd edək ki, erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir.

Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.

Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallığını” nümayiş etdirməkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

Polis borcu olan 29 nəfəri tapdı

Polis borcu olan 29 nəfəri tapdı

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

End of content

No more pages to load

RADİO