Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.
Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub.
Abasov ağ fiqurlarla oynayıb.Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.
Rəşad Rafiqoğlu, Bizim.Media