Rusiya Ordusu ötən gecə Ukraynanın Çerniqov vilayətinə raket hücumu edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 15 nəfər ölüb, üçü uşaq olmaqla, 61 nəfər yaralanıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media