Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini İranın son raket hücumu zamanı İsraili qoruduqları kimi Ukraynanı da qorumağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.
“Azad dünya İsraili müdafiə etməklə nümayiş etdirdi ki, bu cür birlik nəinki mümkün, həm də tamamilə effektivdir.
Müttəfiqlərin qətiyyətli hərəkətləri terrorun qarşısını aldı və təcavüzkar tərəfi dayanmağa məcbur etdi.
Eyni şey, İsrail kimi NATO üzvü olmayan Ukraynanın terrordan qorunmasında da mümkündür. Bunun üçün isə 5-ci maddənin aktivləşdirilməsi tələb olunmur, yalnız siyasi iradə kifayətdir”, - deyə Ukrayna lideri qeyd edib.
Bizim.Media