Ukraynada “TikTok” sosial platformasında 83 profil və “Tass_agency” kanalı Rusiya Federasiyası ilə bağlı təbliğat apardıqlarına görə bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media