Çinin Xarici İşlər Nazirliyi İranın İsrailə hücumlarına münasibət bildirərək tərəfləri gərginliyi azaltmaq üçün təmkinli olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
“Bu eskalasiya mərhələsi Qəzza zolağında münaqişənin nəticəsidir. Çin beynəlxalq ictimaiyyəti, xüsusilə də nüfuzlu ölkələri regional sülhün və sabitliyin qorunmasında konstruktiv rol oynamağa çağırır” – deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bizim.Media