İsrail ABŞ-nin köməyi ilə İranın atdığı demək olar ki, bütün raket və pilotsuz təyyarələri vura bilib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Bayden deyib.
“Mənim göstərişimlə İsrailin müdafiəsinə dəstək olmaq üçün ABŞ ordusu son bir həftə ərzində bölgəyə raketdən müdafiə təyyarələri və esmineslər yerləşdirib”, deyə o, əlavə edib.
Ağ Evin sahibi İranın həyasız hücumuna birgə diplomatik cavabı koordinasiya etmək üçün G7 müttəfiqləri ilə məsləhətləşmələrin çağırdığını bildirib.
Xatırladaq ki, G7-yə Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.
Bizim.Media