İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Bayden bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində danışıb.
Onun sözlərinə görə, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər.
Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.
O, Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.
Bizim.Media