Hollandiya hökuməti ölkənin Tehrandakı səfirliyini ziyarətçilər üçün bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Hollandiyanın Tehrandakı səfirliyi və Ərbildəki konsulluğu bu bazar günü ehtiyat tədbiri olaraq ictimaiyyətə bağlanacaq. Xarici İşlər Nazirliyi bu qərarı İran və İsrail arasında artan gərginliklə əlaqədar verib”, - deyə məlumatda qeyd edilib.
Departamentdən bildirilib ki, bazar ertəsi səfirlik və konsulluq idarələrinin açılıb-açılmaması ilə bağlı qərar bazar günü veriləcək.
Bizim.Media