İran əvvəlcə İsrailin bu obyektlərini vuracaq – İlk kəşfiyyat məlumatları yayıldı

Xəbər verdiyimiz kimi aprelin 1-də İsrail İranın Suraiyadakı konsulluğuna raket zərbəsi endirib. Bundan sonra İran İsrail ərazisinə birbaşa hücum etməklə hədələdi. Hətta ötən gün İranın adekvat addım atacağı gözlənilirdi. Lakin bu baş vermədi. 

Əlbəttə ki, İranın İsrailə və yaxud İsrailin hansısa ölkədəki səfirliyinə və yaxud konsulluğuna hücum etməsi inandırıcı görünmür. Çünki, həm İran, həm də İsrail eyni mərkəzdən idarə olunur. Təsadüfi deyil ki, rəsmi Vaşinqton ötən gün bildirdi ki, İranın hansısa hücum planı barədə heç bir kəşfiyyat məlumatı yoxdur. 

Bununla belə ehtimallar var ki, İran hücum planı hazırlayır. 

Amerikanın “Bloomberg” nəşri ABŞ və İsrailin kəşfiyyat icmalarındakı mənbələrə istinadən yazır ki, İran yaxın günlərdə yüksək dəqiqlikli raketlərdən istifadə etməklə İsrailə zərbələr endirməyə hazırlaşır. Agentliyin həmsöhbətlərindən biri deyir: 

"Bəli, belə bir məlumat var. Ancaq hücumun nə zaman olacağı barədə sual açıq qalır". 

İddialara görə, Tehran Tel-Əvivin Qərb müttəfiqlərinə hücumun mülki hədəfləri deyil, İsrail hökumətini və hərbi obyektlərini hədəf alacağını bildirib.

İranın konsulluğunun bombalanmasına tezliklə cavab verəcəyi barədə məlumatı Amerikanın digər xəbər portalı “Axios” da təsdiqləyir. Mənbələrinin bildirdiyinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian almaniyalı həmkarı Annalena Baerbok ilə söhbətində ona Tehranın reaksiyasının “uyğun” və məhdud olacağını bildirib. 
90 dəqiqəlik telefon danışığı zamanı Abdullahian İsrailin hücumu ilə beynəlxalq hüququ və Vyana Konvensiyasını pozduğunu və “cəzalandırma məqsədi ilə qanuni özünümüdafiənin zərurət olduğunu” açıqlayıb.

İranın mümkün zərbəsindən yazan təkcə Qərb mediası deyil. 

İranın dövlət xəbər agentliyi İRNA dünən “İsraili cəzalandırmağın vaxtının yetişdiyini” bildirib və əlavə edib ki, necə cavab veriləcəyi ilə bağlı yekun qərar artıq verilib. 

İsrail mediası da bundan xəbərdardır.

“The Times of Israel” məlumatlı mənbəyə istinadən yazıb ki, İran Dəməşq konsulluğunun bombalanmasına cavabının “nəzarət altında” və “qeyri-eskalativ” olacağını “çox açıq şəkildə bəyan edib” və Tehran “regional imkanlardan istifadə etməyi planlaşdırır”. 

İrandan hərbi cavab veriləcəyi ehtimalı həm İsrailin müttəfiqləri, həm də region ölkələrində narahatlıq yaradır. “Axios”-un xəbər verdiyi kimi, Berbok ABŞ-a mesaj göndərərək, İsrailin İran ərazisindən hücuma cavabının miqyasını qiymətləndirməməyə çağırıb. Aprelin 11-də İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın gözlənilən hücumunu cavabsız qoymayacağı ilə bağlı xəbərdarlıq edib. Bir gün əvvəl İsrailin xarici işlər naziri İsrael Katz demişdi ki, əgər İran ordusu İsrail ərazisinə hücum edərsə, İsrail ordusu da İran ərazisinə zərbə endirəcək.

Yaxın Şərqin aparıcı ölkələri artıq altı aydır ki, Qəzzadakı müharibə və İsrail və ABŞ-ın İranyönlü qüvvələrlə və Tehranın özü ilə artan qarşıdurması səbəbindən daimi stres altındadır. İranın hərbi hücumu ilə bağlı xəbərlər fonunda Türkiyənin xarici işlər naziri BƏƏ və Qətərdən olan həmkarları ilə danışıb, həmçinin İrana zəng edib. 

ABŞ Türkiyənin sülhməramlı potensialına böyük ümid bəsləyir. 

Dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidandan Tehranı İsraili vurmaqdan çəkindirmək üçün nüfuzundan istifadə etməyi xahiş edib. KİV-in məlumatına görə, İran Türkiyənin gərginliyin azaldılması və Türkiyənin vasitəçiliyi ilə bağlı çağırışını rədd edib.

Amerikalılar təkcə Ankaraya güvənmirlər. Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Vaşinqtondan oxşar çağırışlar Pekinə, Ər-Riyad və Avropa paytaxtlarına “eskalasiyanın heç kimin marağında olmadığını və ölkələrin İranı eskalasiyanı artırmamağa çağırmalı olduğunu göstərmək üçün” gəlib. Birləşmiş Ştatlar İranı sakitləşdirməyə ümid edir və Ağ Ev vasitəsilə İranın Dəməşqdəki konsulluğunun atəşə tutulmasında iştirakının olmadığını bildirib. Ağ Evin sözçüsü Karine Jean-Pierre, "Biz İrana xəbərdarlıq etmişik ki, bu hücumu bölgədə daha da gərginləşdirmək və ya ABŞ obyektlərinə və ya personalına hücum etmək üçün bəhanə kimi istifadə etməsin".

Cozef Bayden administrasiyası deskalasiyaya ümid edir, lakin istənilən varianta hazırlaşır. 
Pentaqon, ehtimal ki, İranın potensial raketlərini ələ keçirmək ümidi ilə “USS Eisenhower” təyyarədaşıyan gəmisini İsrail sahillərinə yaxınlaşdırıb. ABŞ Mərkəzi Komandanlığının komandanı İDF-nin İrana qarşı müdafiəsini koordinasiya etmək üçün İsrailə gəlib. İki gün əvvəl Bayden israillilərə İranın hücumu halında onlara dəstək verməyə hazır olduğu barədə mesaj verib. 

"Biz həmçinin İranın İsrailə ciddi hücuma başlamaq təhdidinə cavab vermək istəyirik... Baş nazir Netanyahuya dediyim kimi, İran və onun müttəfiqlərindən gələn bu təhdidlər fonunda İsrailin təhlükəsizliyinə sadiqliyimiz sərtdir", - Bayden deyib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Maşın bazarında son qiymətlər - VİDEO

Maşın bazarında son qiymətlər - VİDEO

Əncir qurusunun FAYDALARI

Əncir qurusunun FAYDALARI

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

"Fənərbağça" qol duelindən qalib ayrıldı

"Fənərbağça" qol duelindən qalib ayrıldı

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Xalq artistinin oğlunun toyudur - VİDEO

Xalq artistinin oğlunun toyudur - VİDEO

End of content

No more pages to load

RADİO