Küveyt və Qətər ABŞ-yə İrana hücumla bağlı xəbərdarlıq ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Military Observer” məlumat yayıb.
Məlumata görə, hər iki dövlət regional vəziyyətin gərginləşməsi halında İrana zərbələr endirmək üçün öz ərazilərindəki hərbi bazalardan istifadəyə icazə verməyəcəklərini elan ediblər.
Qeyd edək ki, Amerikanın Yaxın Şərqdəki ən böyük bazası “Əl Udeid”dir və o, Qətərdə yerləşir.
Bizim.Media