Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, vilayətin Battalgazi rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media