ABŞ-nin Qüdsdəki səfirliyi bölgədəki mövcud siyasi vəziyyətlə əlaqədar əməkdaşlarına və onların ailələrinə İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, növbəti xəbərdarlıq edilənədək səfirlik əməkdaşlarının Təl-Əviv, Qüds və Beer-Şeva şəhərlərindən kənara çıxması qadağan olunub.
Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda ikisi general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.
Bizim.Media