Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya bayrağı qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS“ agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda bağlı olan diplomatik qurumun yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə Moskva meriyası tərəfindən xitam verilib.
Bu, Kiyevin Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsini ləğv etmək qərarına cavab olaraq edilib.
Bizim.Media