Rusiya-Ukrayna müharibəsinin 3-cü ili davam etdiyi bir vaxtda Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə hücumlarını artırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Xarkova gecə yarısı hücumu nəticəsində 200 min insan işıqsız qalıb. Ukrayna lideri Zelenski Rusiyanın gecə yarısı 40 pilotsuz təyyarə və 40 raketlə hücuma keçdiyini açıqlayıb. Zelenski Ukraynanın infrastrukturuna hücum edildiyini və hava hücumundan müdafiə dəstəyinə ehtiyac olduğunu bildirib.
Həmçinin qeyd edib ki, Ukraynanın kritik infrastruktur obyektlərinə hücumları nəticəsində bölgədə 5 yarımstansiya və elektrik enerjisi istehsal edən obyekt zədələnib.
Bizim.Media