İsveçrədə Ukrayna müharibəsinə həsr olunmuş beynəlxalq konfransın vaxtı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Blick” portalı məlumat yayıb.
Bildirilib ki, konfrans 15-16 iyun tarixlərində İsveçrənin Lyutsern şəhərinin Byurgenştok sanatoriyasında keçiriləcək.
Bununla belə, sammitdə konkret olaraq hansı ölkələrin iştirak edəcəyi məlum deyil. Buna baxmayaraq, konfransa 80-100 dövlətin dəvət ediləcəyi planlaşdırılır.
Qeyd edək ki, Rusiya bu danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
Bizim.Media