Son 24 saat ərzində Qəzza zolağında 153 nəfər ölüb, 60 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, İsrailin oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 33 360 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media