Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ-a səfəri çərçivəsində Floridada ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşüb.
Bizim.Media xəbər verir ki, Kemeron Ukraynaya dəstəyi gücləndirmək və yeni yardım paketinin Konqresdən keçməsinə nail olmaq məsələsini Trampla müzakirə edib.
Qeyd edək ki, Devid Kemeron ABŞ-a Qəzza və Ukraynadakı müharibələrlə bağlı danışıqlar aparmaq üçün gəlib.
O, Birləşmiş Ştatların bir sıra yüksəkvəzifəli rəsmiləri, o cümlədən Dövlət katibi Antoni Blinkenlə də görüşəcək.
Bizim.Media