Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda fevralın 13-də baş vermiş mədəndə torpaq sürüşməsi nəticəsində daha bir nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, qəzanın 53-cü günündə mədən işçisi Uğur Yıldızın cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edilir ki, sürüşmə nəticəsində torpaq altında 8 işçi qalıb, onların da axtarışları davam edir.
Bizim.Media