Zəngəzurun ermənilərə verilməsində Amerika PLANI – TARİXİ SƏNƏD YAYILDI - FOTO

“Zəngəzurun və hətta Naxçıvanın ermənilərə verilməsi planı Amerikanın istəyi və planı idi, bu planın reallaşması və həyata keçməsi üçün təlimat alaraq bura göndərilən Ceyms Rey idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri feysbuk səhifəsində tarixçi alim, Zaur Əliyev Zəngəzurun ermənilərə necə verilməsi ilə bağlı araşdırmasında qeyd edib.

O, Zəngəzurun 1919-cu ildə Ermənilərə verilməsini göstərən, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramasının surəti və müqavilənin üz qabığını təqdim edib:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı təxribat olarsa müharibə başlayacaq - Politoloq


“Bu sənədi uzun zamandır axtarırdım və nəhayət Amerika Konqres kitabxanasına yazdığımın cavabı gəldi. Sənədin tam surətini mənə elektron formada göndərdilər. Demək Ermənistanla Azərbaycan arasında bağlanan bu sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar.

Bu sazişin imzalanmasına aparan yol 1919-cu il yanvarın 25-də Azərbaycan hökuməti mühüm bir qərarı idi:

"Şuşa, Cəvanşir, Cəbrayıl və Zəngəzur qəzaları Gəncə quberniyasının tərkibindən çıxarılaraq həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunun yaradılsın.."

Şuşa şəhəri general-qubernatorluğun mərkəzi seçildi. Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilərin narahat olduğunu, Zəngəzurun Azərbaycan Cümhuriyyəti tərkibində qalmasına qarşı çıxan Amerika dərhal üç tərəfli görüş keçirilib, "sülh" sazişinin imzalanması tapşırığını Ceyms Reyə verir. Bu tapşırıq gələnə qədər Azərbaycan Cümhuriyyəti ordusu Zəngəzuru tamam ermənilərdən təmizləmək üzrə idi.

Xosrov bəy Sultanov, Sultan bəy Sultanovun başçılığı ilə ordu erməniləri geri qovmaqda davam edirdi. Müharibədə ermənilər geri çəkilməsi, məğlub olması Amerikanı çox narahat edirdi.

Buna görə də amerikalı polkovnikin inadı və məkirli planı ilə iki tərəfli Sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər.
 

Müqavilənin 3-cü bəndinə belə bir bəndin “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır”- olması Ceyms Reyin əl qolunu açırdı və ona geniş səlahiyyət verirdi.


Buna görə də Azərbaycan Cümhuriyyəti ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı olur. Azərbaycan cümhuriyyəti Amerikalı polkovnikə, yəni Amerikaya güvəndiyi üçün, qan tökülməsinin qarşısının alınması üçün bu addımı atmalı olur.

Amerikanın planının ikinci mərhələsi bundan sonra işə düşür, Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərinə ermənilər hücum edərək dağıdıb kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndlərini, Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərini ələ keçirib Azərbaycanlıları ordan qovurlar.

Bu hücumlar 1920-cı ilə qədər davam edir və o ilin yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırmışdı.

Erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlandı. Zəngəzurdab qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qaldı.

Bu basqınlar nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edildi, ümumi ölü sayısı 10 minə çatırdı. Zəngəzur tamamilə azərbaycanlılardan boşadılmağa başladı. Bu hadisəyə qədər 72% azərbaycanlı, 38% isə erməni yaşayan Zəngəzurda Azərbaycanlıların sayı olduqca azaldı. Ermənilər bura köç edərək məskunlaşdılar.
 

Bununla bağlı Paris sülh konfransında da Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər. Lakin bu sənədlər və materiallar Amerika Prezidentinə və Antanta üzvü olan dövlət başçılarına təqdim edilmədi.


Çünki polkovnik Ceyms Rey ermənilərin maraqlarını müdafiə edirdi..Beləliklə Zəngəzur məsələsi Paris Sülh Konfransında müzakirədən kənarda qaldı.

Naxçıvan isə Azərbaycanın ərazisi kimi qaldı. . 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə həyata keçirilməsinin qarşısı alındı.

Bir sözlə Azərbaycan Cümhuriyyətinə qarşı ən böyük düşmən siyasəti keçirən Amerikalılar sadəcə Zəngəzuru ermənilərə verib gedirlər, Naxçıvan və Qarabağ isə Cümhuriyyətin sayəsində Azərbaycan tərkibində qalır”.

Bizim.Media
 


 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

İran bu ölkəni “ikinci İsrail” elan etdi

İran bu ölkəni “ikinci İsrail” elan etdi

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

End of content

No more pages to load

RADİO