Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib - FOTO

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkəmizdə keçirilən Belarus Mədəniyyət Günləri çərçivəsində iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Bizim.Media xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən görüşdə iştirakçılar iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparıblar.

Söhbət zamanı xüsusilə Azərbaycan və Belarus milli kitabxanaları arasında əlaqələr, muzey işi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, mədəni əlaqələr gənc nəsillərə qarşılıqlı olaraq milli mədəni irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Belarusun Mogilyov Vilayəti Mədəniyyət İdarəsinin rəisi Aleksandr Jiqun bildirib ki, qarşıda duran məqsəd mədəniyyət sahəsi ilə xalqlarımız arasında körpü yaratmaqdır. Diqqətə çatdırılıb ki, Bakıda keçirilən mədəniyyət günləri çərçivəsində kino, kitabxana, muzey və rəssamlıq sahəsində əməkdaşlıqla bağlı görüşlər təşkil olunub, danışıqlar aparılıb.

Belarus və Azərbaycanın dövlət başçılarının dostluq münasibətləri təkcə siyasi, sosial-iqtisadi sahədə deyil, mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirilməsini tələb edir. Xalqlarımızı birləşdirən və maraqlarına xidmət edən cəhətlər çoxdur və bu, mədəni sahədə birgə layihələrə yol açmalıdır. Görüşdə hər iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirakın əhəmiyyəti vurğulanıb.
“Belarusfilm”in rəhbərliyi ilkin addım olaraq Belarusda Azərbaycan kinosu günlərinin keçirilməsi təklifini səsləndirib.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Həmçinin Mogilyov Mədəniyyət İdarəsinin rəisi ötən il Belarusda təşkil edilən “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş gənc azərbaycanlı rəssam Mehriban Əliyevaya diplom və mükafat təqdim edib.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric EDİLDİ

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric EDİLDİ

Qumral Musayeva 1 milyon 680 min manat qazanıb?

Qumral Musayeva 1 milyon 680 min manat qazanıb?

Fatih Altaylı ilə bağlı QƏRAR VERİLDİ

Fatih Altaylı ilə bağlı QƏRAR VERİLDİ

Audiovizual Şura “ATV”yə XƏBƏRDARLIQ ETDİ

Audiovizual Şura “ATV”yə XƏBƏRDARLIQ ETDİ

“Azərbaycanda 200 minə xına məclisi keçirilib” - VİDEO

“Azərbaycanda 200 minə xına məclisi keçirilib” - VİDEO

İmran Xan həbsxanada öldürülüb – SENSASİON İDDİA– VİDEO

İmran Xan həbsxanada öldürülüb – SENSASİON İDDİA– VİDEO

Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

“Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq

“Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq

“Topol” və “İskander” raket komplekslərinin yaradıcısı ÖLDÜ

“Topol” və “İskander” raket komplekslərinin yaradıcısı ÖLDÜ

Şahin Mustafayev Aleksandr Novakla GÖRÜŞDÜ

Şahin Mustafayev Aleksandr Novakla GÖRÜŞDÜ

Türk dünyasının İncəsənət Muzeyi açıldı – FOTO

Türk dünyasının İncəsənət Muzeyi açıldı – FOTO

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutu ilə bağlı TARİXİ ANLAŞMA

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutu ilə bağlı TARİXİ ANLAŞMA

General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?

Bu ay cərimələnən klinika və həkimlərin SAYI

Bu ay cərimələnən klinika və həkimlərin SAYI

Bakıda turistin pulunu oğurlayan şəxs TUTULDU - FOTO

Bakıda turistin pulunu oğurlayan şəxs TUTULDU - FOTO

Binəqədidə marketə bıçaqla basqın edib kosmetik məhsulları taladılar – ANBAAN VİDEO

Binəqədidə marketə bıçaqla basqın edib kosmetik məhsulları taladılar – ANBAAN VİDEO

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

End of content

No more pages to load

RADİO