Rumıniya ilə “yaşıl enerji dəhlizi” layihəsi müzakirə edilib - FOTO

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan rumıniyalı həmkarı Sebastiyan İoan Burduja ilə görüşüb.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Hökumətlərarası Komissiya çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlıq əsasında münasibətləri inkişaf etdirən dost ölkələr olduğu vurğulanıb.

Əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində “yaşıl enerji dəhlizi” layihəsinə Rumıniyanın dəstəyi yüksək qiymətləndirilib. Bu dəhliz üzrə Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi və Ümumi və ya Ortaq Maraqlar Layihəsi (PCIs/PMIs) statusuna müraciət istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin icra prosesinin sürətləndirilməsi ilə bağlı səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

End of content

No more pages to load

RADİO