Kürdəmirdə açıq ərazidə yanğın baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Köhünlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, əvvəlcə kol-kosun yanmağı ilə başlanan yanğının qısa zamanda əsən güclü külək səbəbindən miqyası böyüyüb.
Yanğın kənd ərazisinə yaxınlaşaraq iri gövdəli ağaclara da xeyli ziyan vurub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
Bizim.Media, Aran bürosu