Ucarda 8 yaşlı uşağı maşın vurub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, İsrayıl Rzayevin idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Yaralı dərhal Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Azyaşlıya ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu