Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanallarında yazılıb.
Mənbə qeyd edir ki, 2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.
İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra dünyasını dəyişib.
Bizim.Media