ABŞ Prezidenti Co Bayden hazırda 77 yaşı olan Trampı qocalmış hesab edir.
Bizim.Media ABŞ mətbuatına istinadla xəbər verir ki, hazırkı prezident Nyu-Yorkda seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə bu barədə çıxış edib.
Bayden ölkəsinin dönüş nöqtəsinə çatdığını bildirib.
"Və bilirsiniz, o, bir az yaşlıdır və formada deyil", - deyə hazırki ABŞ Prezidenti Tramp haqqında deyib.
Qeyd edək ki, Baydenin özünün hazırda 81 yaşı var.
Bizim.Media