Zahidan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid bu gün cümə namazı xütbələrində İran hökumətini tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
“Ölkə iqtisadiyyatına elə bir zərbə vurulub ki, gecə yatırıq və səhər oyananda görürük ki, pulun dəyəri düşüb", - deyə din xadimi qeyd edib.
Onun sözlərinə görə, silah hakimiyyəti saxlaya bilməz, hökuməti xalq tərtib edib və xalq da onu dəstəkləməlidir.
Bizim.Media