Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib.

Bizim.Media sportinfo.az saytına istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdarda cərimələməyib.

Q.Qurbanov E.Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.
Qeyd edək ki, UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub. O, Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. 

Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib. “Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər - 1:1. Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin final fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq “kotostrofa” ifadəsini işlədib. Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Tovuzda azyaşlını “tok” vurdu

Tovuzda azyaşlını “tok” vurdu

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - VİDEO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

End of content

No more pages to load

RADİO