“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi - “Əl Azaim”də bildirilib.
Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yer alıb. Mətndə qeyd olunub ki, terror təşkilatının üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.

Bizim.Media