Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında Ermənistan spikeri ilə görüşündən danışdı - FOTO

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Milli Məclisin spikeri sülh, təhlükəsizlik və qarşılıqlı anlaşma məsələsinin qurumun 2024-cü il üçün strateji siyasət istiqaməti və müzakirələrin mövzusu kimi seçilməsinin önəmini vurğulayaraq, bildirib ki, sülh və qarşılıqlı anlaşma məsələsi böyük əhəmiyyət qazanaraq həlledici bir amilə çevrilib.

Sahibə Qafarova bu gün dünyanın daha parçalanmış və daha təhlükəli hala gəlməsindən söz açaraq bildirib ki, bunun beynəlxalq qaydalara əməl olunmamasının, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsinin nəticəsi kimi çoxtərəfli mexanizmlərin səmərəsizliyi ilə əlaqələndirildiyi barədə müzakirələr var. Spiker diqqətə çatdırıb ki, bu məsələlər bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 68 ölkədən 400-dən artıq yüksək səviyyəli qonağın iştirak etdiyi 11-ci Qlobal Bakı Forumu çərçivəsində "Parçalanmış dünyanın bərpası" mövzusunda geniş müzakirə olunub.

BMT-nin mərkəzində dayanan daha güclü, daha səmərəli və çoxtərəfli inklüziv sistemin yaradılması zərurəti ilə bağlı ümumi konsensusun mövcudluğuna diqqət çəkən spiker bildirib ki, bu sistem beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ciddi şəkildə, ayrı-seçkilik qoymadan tətbiqinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, ədalətin qorunmasına əsaslanmalıdır.
Milli Məclisin sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq, parlamentlərin sülh və qarşılıqlı anlaşmaya nail olmaqda rolu barədə fikirlərini bölüşüb. Milli Məclisin sədri bu kontekstdə PAİ rəhbərliyinin, xüsusən də baş katib Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin ilk görüşü üçün platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib. O, bildirib ki, bu gün hər iki ölkə sülhə əvvəlkindən daha yaxındır. İki ölkənin parlamentləri arasında bu cür görüşlər konstruktiv müzakirələr üçün faydalı mexanizm olacaq.

Spiker Sahibə Qafarova xüsusilə söyləyib ki, bəyan edilmiş hədəflərindən yayınan digər bəzi parlamentlərarası təşkilatlardan fərqli olaraq, PAİ dialoq baxışına sadiq qalır və tərəflər arasında təmaslara körpü yaratmaq kimi mühüm rol oynayır.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının ev sahibi olaraq seçilməsini və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsinin nəzərdə tutulmasını Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə İqlim Dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirən Milli Məclisin sədri bizim bundan böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib. Sahibə Qafarova bildirib ki, ümumi iş naminə toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.

İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində həyata keçirə biləcəyik.
Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bildirilib ki, bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Əli Əsədovdan AÇIQLAMA – FOTO

Əli Əsədovdan AÇIQLAMA – FOTO

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər

Britaniyada QEYRİ-ADİ QADAĞA – Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

Britaniyada QEYRİ-ADİ QADAĞA – Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

Azərbaycan və Latviya arasında sənədlər İMZALANDI

Azərbaycan və Latviya arasında sənədlər İMZALANDI

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən QƏRAR

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən QƏRAR

İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü - FOTO

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü - FOTO

Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Yaponiya maviyə büründü – FOTO

Yaponiya maviyə büründü – FOTO

"Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB

"Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB

Nurlana Orucova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nurlana Orucova yüksək vəzifəyə TƏYİN EDİLDİ

YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR

YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR

Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

"Nişanımda hər şeyi öz pulumla almışam, oğlan evi isə HEÇ NƏ"

"Nişanımda hər şeyi öz pulumla almışam, oğlan evi isə HEÇ NƏ"

Dələduzluq halları ilə bağlı “Kapital Bank” nümayəndəsindən AÇIQLAMA

Dələduzluq halları ilə bağlı “Kapital Bank” nümayəndəsindən AÇIQLAMA

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

Rusiya Xarkov və Xersona hücum etdi – 2 ölü, 26 yaralı var

Rusiya Xarkov və Xersona hücum etdi – 2 ölü, 26 yaralı var

“Birbank”da daha bir YENİLİK – Şəxsiyyəti bu yolla təsdiqləmək mümkün olacaq

“Birbank”da daha bir YENİLİK – Şəxsiyyəti bu yolla təsdiqləmək mümkün olacaq

Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır

Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü keçirildi – FOTO

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü keçirildi – FOTO

End of content

No more pages to load

RADİO