İyulun 1-dək Rusiya ixracatçıları stikerlərdə tərcümə olunmuş məlumatlar olan ərzaq məhsullarını Azərbaycana idxal edə bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın dövlət qurumu olan “Rosselhoznadzor” məlumat yayıb.
Məlumatda bildirilib ki, bu müddət ərzində Azərbaycan dilinə tərcümə ilə müvafiq etiketlərin hazırlanmasını təmin edilməlidir.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında müddətin uzadılması ilə bağlı razılıq əldə olunub.
Bizim.Media