Prezidentin köməkçisi: “Azərbaycan qlobal Şimal və Cənub arasında körpü ola bilər”

Bakıda keçiriləcək “COP29” konfransının əsas mövzusu kifayət qədər mürəkkəb məsələ olan iqlim üçün maliyyə olacaq. Amma Azərbaycanın bir sıra üstünlükləri var ki, bu da ona müxtəlif mövqe və baxışa malik olan tərəflər arasında konsensusa nail olmağa imkan verə bilər.

Bizim.Media xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu çətin məsələdir, həm də müxtəlif nöqteyi-nəzərdən tərəflər arasında konsensus tapmaqdır. Amma mən hesab edirəm ki, buna nail olmaq mümkündür”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal Şimal və Cənub fikirlərini bir araya gətirmək üçün əlindən gələni edəcək, eyni zamanda sonuncunun da səsi eşidilməlidir:

“Qlobal Cənub, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin özünəməxsus problem və çətinlikləri var, buna görə də Ziyan və Zərər Fondu yaradılmışdır. Maliyyə məsələləri və maliyyə resursları əsasdır”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın belə bir həll və konsensus tapmaq üçün strateji üstünlüyü var:

“Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, dünyanın demək olar ki, yarısını əhatə edən G77 və Çin qrupunun üzvüdür. Azərbaycan həm də bəzi Avropa qurumlarının üzvüdür və Aİ ilə əlaqələri mövcuddur.

Düşünürəm ki, belə bir mövqe konsensusun əldə edilməsində və həmçinin qlobal Şimal və Cənub arasında daha böyük həmrəyliyin əldə edilməsində mühüm rol oynayacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

End of content

No more pages to load

RADİO