“İsrail Qəzzanı nəzarətə götürsə də, müharibə bitməyəcək” – ŞƏRH 

İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib ki, ölkəsi Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub:

“Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik”. 

O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: HƏMAS ABŞ-ın atəşkəs razılaşması ilə bağlı təklifini QƏBUL ETDİ


Netanyahu Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib.

Qeyd edək ki, İsrailin HƏMAS-a qarşı mübarizəsi keçən ilin oktyabrın 7-dən bu günə qədər davam edir. İsrail baş naziri isə son açıqlamasında HƏMAS üzərində qələbə çalmaq üzrə olduqlarını bəyan edib. 

Görəsən, Yaxın Şərqdə münaqişə nəhayət ki, bitir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, İsraillə HƏMAS arasındakı müharibə səngiyə bilər, amma onun bitməsi ehtimalı sıfıra bərabərdir:

“İsrailin HƏMAS-a qarşı apardığı indiki müharibə bitməyəcək. Ola bilər səngisin. Bir müddət iğtişaşlar dayana bilər. Amma bu müharibənin tam bitdiyini düşünmək olmaz. Yaxın Şərqdəki müharibə bitən deyil, uzun çəkəcək. Region o qədər mürəkkəb və həssasdır ki, İsrail ordusunun Qəzzanı ələ alması ilə müharibə bitən deyil. 
Müharibənin bitməsi üçün İsrail “Hizbullah”ın, HƏMAS-ın, “Müsəlman qardaşlığı”nın, Fələstin hərəkatının kökünü tamam kəsməlidir.  Bu isə mümkün deyil. İsrail-Fələstin müharibəsi bitməyəcək müharibədir. Belə bir mühitdə başqa cür də ola bilməz. Yaxın Şərqdə gedən müharibələr forma etibarı ilə dəyişsə də, mahiyyət etibarı ilə heç nə dəyişmir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Bakıda bu evlər ucuzlaşacaq

Bakıda bu evlər ucuzlaşacaq

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

Tramp: "İranı daş dövrünə qaytaracağıq" - VİDEO

Tramp: "İranı daş dövrünə qaytaracağıq" - VİDEO

"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"

"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"

Bu ölkədə güclü zəlzələ: Sunami xəbərdarlığı verildi - VİDEO

Bu ölkədə güclü zəlzələ: Sunami xəbərdarlığı verildi - VİDEO

End of content

No more pages to load

RADİO