Bu gün Milli Teatr Günüdür - FOTO

10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 151-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Bizim.Media  xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.

Dövlət proqramı çərçivəsində Bakıda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib.

Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakən və Zaqatalada zərərverici həşəratlar yayılıb – VİDEO

Balakən və Zaqatalada zərərverici həşəratlar yayılıb – VİDEO

Ən narsist 4 BÜRC - Onlardan uzaq durun

Ən narsist 4 BÜRC - Onlardan uzaq durun

Britaniyada məscid yandırıldı – ANBAAN VİDEO

Britaniyada məscid yandırıldı – ANBAAN VİDEO

Qırğızıstan Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Qırğızıstan Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Gözətçi işlədiyi kafedə dünyasını dəyişdi

Gözətçi işlədiyi kafedə dünyasını dəyişdi

Türk Dünyasının inteqrasiyasında TARİXİ ADDIM – TDT-nin qlobal gücə çevrilmək PERSPEKTİVLƏRİ – TƏHLİL

Türk Dünyasının inteqrasiyasında TARİXİ ADDIM – TDT-nin qlobal gücə çevrilmək PERSPEKTİVLƏRİ – TƏHLİL

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Robert Koçaryanın oğlu Ermənistan dövlətini məhkəməyə verdi

Robert Koçaryanın oğlu Ermənistan dövlətini məhkəməyə verdi

Yazıların süni intellektlə yazılıb-yazılmadığını yoxlamağın ən asan üsulu

Yazıların süni intellektlə yazılıb-yazılmadığını yoxlamağın ən asan üsulu

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Putin sabah ad gününü necə KEÇİRƏCƏK?

Putin sabah ad gününü necə KEÇİRƏCƏK?

Fransa ''Apple'' şirkətinə qarşı araşdırma başlatdı - SƏBƏB

Fransa ''Apple'' şirkətinə qarşı araşdırma başlatdı - SƏBƏB

Meyxanaçılar arasında QALMAQAL: “Özümü Pərvizlə heç müqayisə etmərəm!” – VİDEO

Meyxanaçılar arasında QALMAQAL: “Özümü Pərvizlə heç müqayisə etmərəm!” – VİDEO

Şabranda avtomobil ağaca çırpıldı - Sürücü öldü

Şabranda avtomobil ağaca çırpıldı - Sürücü öldü

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu hakim qarşısına ÇIXARILDI

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu hakim qarşısına ÇIXARILDI

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – “Bunu etməyəcəksinizsə, vaxtınızı itirməyin”

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – “Bunu etməyəcəksinizsə, vaxtınızı itirməyin”

Gəncədə ağır QƏZA – Dörd nəfəri maşın vurdu

Gəncədə ağır QƏZA – Dörd nəfəri maşın vurdu

Xəyanətə daha çox meyilli olan 4 BÜRC – Onlarla ehtiyatlı olun

Xəyanətə daha çox meyilli olan 4 BÜRC – Onlarla ehtiyatlı olun

Məhkəmədə Ermənistan ordusunun Gəncəyə raketlərlə zərbə endirməsi ilə bağlı sənədlər AÇIQLANDI

Məhkəmədə Ermənistan ordusunun Gəncəyə raketlərlə zərbə endirməsi ilə bağlı sənədlər AÇIQLANDI

Viktoriya Bekhem şalvarsız kamera qarşısına çıxdı - FOTO

Viktoriya Bekhem şalvarsız kamera qarşısına çıxdı - FOTO

Selfi çəkən turistə ayı hücum etdi

Selfi çəkən turistə ayı hücum etdi

Sosial şəbəkədəki tanışlıq onu azadlığından etdi...

Sosial şəbəkədəki tanışlıq onu azadlığından etdi...

Beş il öncə BU GÜN – 6 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Beş il öncə BU GÜN – 6 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

3 alimə Nobel mükafatı verildi

3 alimə Nobel mükafatı verildi

End of content

No more pages to load

RADİO