Cari ilin mart ayının 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Yunayted Kredit Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, daşınmaz əmlak Masallı şəhəri, 20 Yanvar küçəsindəki 0.332 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasıdır.
Ümumi sahəsi 5951.7 kv.m olan bina yanğından sonrakı vəziyyəti nəzərə alınmaqla hazırda qeyri-işlək vəziyyətdədir.
Qeyd edək ki, əmlakın ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manatdır.
Rövşən Ziya, Bizim.Media