Avstriya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

Martın 4-də Milli Məclisin Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti arasında görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Tahir Mirkişili ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu deyib. 

O, Avstriyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edib.
T.Mirkişili qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib. O, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu barədə məlumat verib. Qeyd edib ki, deputatlarımız bu gün beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyət göstərirlər. Qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.

Dostluq qrupunun rəhbəri Azərbaycanla Avstriya arasında iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafından söhbət açıb.

Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra regionda yeni reallıqların yarandığını xatırladan Tahir Mirkişili sülhün, təhlükəsizliyin təmin edilməsinin, dayanıqlı iqtisadi inkişafla bağlı çağırışların prioritet olduğunu bildirib.

Avstriya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Andreas Minnix ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib. O, ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini diqqətə çatdırıb və bu işdə hər iki ölkənin parlamentlərinin mühüm rol oynadığını söyləyib.

A.Minnix bu il COP29-un Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib və bunu ölkəmizin uğuru kimi dəyərləndirib.
Qonaq iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, “yaşıl enerji”, ətraf mühitin qorunması, logistika sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıb. O, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensial imkanların mövcud olduğunu deyib.

Söhbət zamanı Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – komitə sədri Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Emin Hacıyev, Avstriyalı deputatlar Manfred Hofinger, Markus Laynfellner parlamentlərarası əlaqələrin gələcək inkişafı, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini açıqlayıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan Ermənistan qızılını Türkiyəyə verir? — Amulsar yatağı ətrafında QALMAQAL

Paşinyan Ermənistan qızılını Türkiyəyə verir? — Amulsar yatağı ətrafında QALMAQAL

Məsumə Babayeva dəfn edildi

Məsumə Babayeva dəfn edildi

İstanbulda dəhşətli cinayət: Özbək qadının başını kəsib zibil qutusuna atdılar - VİDEO

İstanbulda dəhşətli cinayət: Özbək qadının başını kəsib zibil qutusuna atdılar - VİDEO

Qrenlandiyada işıq kəsildi

Qrenlandiyada işıq kəsildi

"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Oğlum sözümə qulaq asmır"

"Oğlum sözümə qulaq asmır"

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Bakıda iş yoldaşının kartından pul oğurladı

Bakıda iş yoldaşının kartından pul oğurladı

Həbs edilən Kamran Əsədovun eybəcər paylaşımı üzə çıxdı - FOTO

Həbs edilən Kamran Əsədovun eybəcər paylaşımı üzə çıxdı - FOTO

Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU

Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU

“Qalatasaray” səfərdə qalib gəldi - VİDEO

“Qalatasaray” səfərdə qalib gəldi - VİDEO

Paşinyan "Nooldu Paşinyan" meyxanasına qulaq asdı - VİDEO

Paşinyan "Nooldu Paşinyan" meyxanasına qulaq asdı - VİDEO

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO

Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO

İctimai TV-nin önündə 3 avtomobil toqquşdu

İctimai TV-nin önündə 3 avtomobil toqquşdu

Samuxda xəsarət alanların SON DURUMU

Samuxda xəsarət alanların SON DURUMU

İrana qarşı hərbi hazırlıq: ABŞ bölgəyə əlavə müdafiə sistemləri göndərir

İrana qarşı hərbi hazırlıq: ABŞ bölgəyə əlavə müdafiə sistemləri göndərir

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Masallıda ağır qəza: Həlak olan qazi atasıdır

Masallıda ağır qəza: Həlak olan qazi atasıdır

Çexiya Ukraynaya L-159 təyyarələrini göndərməyəcək

Çexiya Ukraynaya L-159 təyyarələrini göndərməyəcək

Bu tarixdən kəskin soyuqlar düşəcək, QAR YAĞACAQ

Bu tarixdən kəskin soyuqlar düşəcək, QAR YAĞACAQ

Samuxda qəzada xəsarət alanların kimliyi AÇIQLANDI

Samuxda qəzada xəsarət alanların kimliyi AÇIQLANDI

Minnesotada öldürülən 37 yaşlı şəxsin əlində silah olmayıb

Minnesotada öldürülən 37 yaşlı şəxsin əlində silah olmayıb

Sumqayıtda sürücü sükan arxasında VƏFAT ETDİ

Sumqayıtda sürücü sükan arxasında VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO