Almaniyalı deputatlar Böyük Qayıdışın müxtəlif aspektləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə komitə sədri Rövşən Rzayev ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, həmçinin bu problemin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. 

Qeyd olunub ki, Ermənistanın işğalçılığına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi 30 ilə yaxın müddətdə əsas hüquqları pozulan, məcburi köçkünlüyün məhrumiyyətlərini yaşayan yüz minlərlə həmvətənimizin doğma yurda geri qayıdışına imkan yaradıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşü prosesi gedir. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllini dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva daim diqqətdə saxlayır, onlara qayğı göstərirlər.

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilərkən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu sahədə indiyədək əməkdaşlığın olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker ölkəmizə səfərin məqsədi barədə məlumat verib, Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinin, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Almaniyanın da maraq dairəsində olduğunu vurğulayıb.

Görüşdə almaniyalı deputatların çoxsaylı sualları cavablandırılıb, Böyük Qayıdışın müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlı və erməni icmalarının birgəyaşayışının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə münasibət bildirilib.

Qeyd edək ki, Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Canan Bayram, Ştefan Brandner, Sonya Ayxvede, Susanne Hirl, Torsten Lib, Karsten Müller və Yan Plobner daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq

Avtomobil yollarında görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq

İndiyədək Qəzzada ölənlərin sayı AÇIQLANDI

İndiyədək Qəzzada ölənlərin sayı AÇIQLANDI

"Temu" elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı

"Temu" elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı

Xırdalanda gərgin anlar: Pulsuz "oboy" izdiham yaratdı

Xırdalanda gərgin anlar: Pulsuz "oboy" izdiham yaratdı

Kitaba marağı artırmaq üçün mükafat SİSTEMİ - Özbəkistan nümunəsi Azərbaycanda da TƏTBİQ OLUNACAQ?

Kitaba marağı artırmaq üçün mükafat SİSTEMİ - Özbəkistan nümunəsi Azərbaycanda da TƏTBİQ OLUNACAQ?

ABŞ “Tomahavk” raketlərini yeniləyir: milyardlıq modernləşdirmə proqramı işə düşdü

ABŞ “Tomahavk” raketlərini yeniləyir: milyardlıq modernləşdirmə proqramı işə düşdü

Tibbi-meteoroloji proqnoz açıqlandı

Tibbi-meteoroloji proqnoz açıqlandı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

“Turan Tovuz” ingiltərəli hücumçu transfer etdi

“Turan Tovuz” ingiltərəli hücumçu transfer etdi

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı

Yasemin ərə getdi - FOTO

Yasemin ərə getdi - FOTO

Paşinyan Ermənistan qızılını Türkiyəyə verir? — Amulsar yatağı ətrafında QALMAQAL

Paşinyan Ermənistan qızılını Türkiyəyə verir? — Amulsar yatağı ətrafında QALMAQAL

Məsumə Babayeva dəfn edildi

Məsumə Babayeva dəfn edildi

İstanbulda dəhşətli cinayət: Özbək qadının başını kəsib zibil qutusuna atdılar - VİDEO

İstanbulda dəhşətli cinayət: Özbək qadının başını kəsib zibil qutusuna atdılar - VİDEO

Qrenlandiyada işıq kəsildi

Qrenlandiyada işıq kəsildi

"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Oğlum sözümə qulaq asmır"

"Oğlum sözümə qulaq asmır"

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Bakıda iş yoldaşının kartından pul oğurladı

Bakıda iş yoldaşının kartından pul oğurladı

Həbs edilən Kamran Əsədovun eybəcər paylaşımı üzə çıxdı - FOTO

Həbs edilən Kamran Əsədovun eybəcər paylaşımı üzə çıxdı - FOTO

Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU

Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU

“Qalatasaray” səfərdə qalib gəldi - VİDEO

“Qalatasaray” səfərdə qalib gəldi - VİDEO

Paşinyan "Nooldu Paşinyan" meyxanasına qulaq asdı - VİDEO

Paşinyan "Nooldu Paşinyan" meyxanasına qulaq asdı - VİDEO

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

End of content

No more pages to load

RADİO