İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları.

İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır.

Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir.

Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir.

Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir.

Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.

Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb.

Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək.
Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

End of content

No more pages to load

RADİO