UEFA "Qarabağ"a ciddi XƏBƏRDARLIQ ETDİ

UEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib.

Bizim.Media qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyununda azərbaycanlı bloggerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub.

Bu barədə məlumatı qol.az saytına  "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib. 

O, bəzi blogerlərin fotoqraf akkreditasiyası alaraq videoçəkilişlər etməsinə görə belə hal yaşandığını söyləyib:

"UEFA-nın sırf meydankənarı, yəni, qapıarxası çəkiliş standartları var. O ərazi yalnız fotoqraflar üçün nəzərdə tutulub. Son oyunlarda belə hal müşahidə etdik ki, bizdən fotoqraf akkreditasiyası alırlar, telefon çəkilişləri, videoçəkilişlər edirlər. UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var. Çəkiliş hüququ sadəcə media hüquqlarına sahib şirkətlərə məxsusdur. Kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil. Hətta klubun özü belə, 24 saat ərzində sosial şəbəkə hesabında. saytında, televiziyasında belə görüntülər yayımlaya bilməz".

A.Hacıyev söyləyib ki, UEFA məsələ ilə əlaqədar "Qarabağ"a ciddi xəbərdarlıq edib, lakin klub cərimələnməyib:

"Bəzi xəbərdarlıqlar oldu. Bu məsələ var. Digər tərəfdən də fəaliyyətin göstərilməsi ilə də bağlı bəzi problemlər var. Çəkilişlər aparan şəxslər müəyyən ərazidən kənara çıxmamalıdırlar. Onların konkret fəaliyyət ərazisi var.

Sırf son matçda onların tez-tez bu ərazini tərk etməkləri, hətta qol anında meydana daxil olmaqları UEFA tərəfindən ciddi qayda pozuntusu kimi qeydə alınıb, bizə bu barədə xəbərdarlıq olunub. İnşallah, cərimələnmərik, UEFA hansısa bir halı nəzərə alar, cərimə etməz. Lakin sırf UEFA tərəfindən "Qarabağ" - "Braqa" oyununa təyin olunmuş nümayəndələr matçdan sonra bizə ciddi xəbərdarlıq etdilər. Bu halın təkrarlanmaması ilə əlaqədar ciddi xəbərdarlıqlar oldu".
A.Hacıyev qeyd edib ki, Avroliqanın 1/8 final mərhələsində "Bayer"ə qarşı keçirəcəkləri ev oyunu üçün akkreditasiya məsələlərinə daha diqqətli və ciddi yanaşacaqlar:

"Budəfəki akkreditasiya dövründə bu məsələləri nəzərə alacağıq. Yalnız işini ciddi görən, sırf iş prosesimizə mane olmayan media nümayəndələrinə akkreditasiya verəcəyik". 

Qeyd edək ki, "Qarabağ" "Braqa"nı iki oyunun cəmində məğlub edərək (ilk matç - 4:2, cavab oyunu - 2:3) Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb. Komanda bu mərhələdə "Bayer"lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü martın 7-də Bakıda, cavab oyununu isə martın 14-də Leverkuzendə keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO/VİDEO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO/VİDEO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

End of content

No more pages to load

RADİO