Dövlət Gömrük Komitəsi qanunu pozdu – HESABLAMA PALATASI nələri aşkarladı? 

2019-cu il və 2020-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirlərinin yığılmasını təmin edən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində (İdarə) inzibatçılığın təşkili vəziyyətinin auditi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının həmin dövrü əhatə edən hesabatında qeyd edilib. 

Qeyd edək ki, idarə tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində 2019-cu ildə 436 588 halda 11 milyon 637 min 393 manat, 2020-ci ilin yanvar-aprel aylarında isə 115 289 halda 5 milyon 505 min 747 manat dəyərində malların və pul vəsaitlərinin rəsmiləşdirilməsi, o cümlədən təkrar rəsmiləşdirilməsi əməliyyatları həyata keçirilib.

Proqnoz hədəflərə 2019-cu ildə 464,7 milyon manat və ya 115,0%, 2020-ci ilin yanvar-aprel ayları üzrə isə 169,7 milyon manat və ya 106,4% səviyyəsində əməl olunub.

Qeyd edək ki, 2019-cu il üzrə ümumilikdə artıqlaması ilə icra olunması şəraitində aylıq proqnozlar yanvar ayı üzrə 5,5%, fevral ayı üzrə 15,1% və mart ayı üzrə 6,7%-lik kəsirlə yerinə yetirilib. Büdcə gəlirlərinin proqnozlaşdırılması sahəsində müəyyən edilib ki, proqnozlaşdırma prosesinin büdcə qanunvericiliyinin tələblərinə uyğunluğu tam şəkildə təmin olunmayıb, illik və aylıq proqnoz göstəricilər ayrı-ayrı tədiyə növləri səviyyəsində deyil, cəm şəklində sənədləşdirilib, büdcədənkənar daxilolmalar üzrə proqnozlar isə ümumiyyətlə tərtib olunmayıb. 

Qanunvericiliklə Dövlət Gömrük Komitəsi üzrə tədiyə növləri səviyyəsində təsdiq olunan büdcə tapşırıqlarının Komitənin strukturları üzrə tədiyə növləri səviyyəsində rəsmiləşdirilmədiyini diqqətə alaraq, Hesablama Palatası proqnoz göstəricilərin faktiki icra göstəricilərinə sonradan uyğunlaşdırılması risklərinin mövcudluğu qənaətindədir.

Bu da, ümumilikdə büdcə gəlirlərinin etibarlı proqnozlaşdırma sisteminin formalaşdırılması baxımından müsbət qiymətləndirilmir.

İdarə üzrə inzibatçılığın təşkili ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərdə qeyd olunan ödənişsiz maarifləndirmə xidmətlərinin təşkil olunması məsələləri tam həllini tapmayıb, o cümlədən gömrük ödənişlərinin hesablanması və ödənilməsi, habelə gömrük qanunvericiliyi baxımından müraciət edənlərin yerində məlumatlandırılması işləri institusional formada təmin olunmayıb.

Eyni zamanda, təminatı Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilən gömrük orqanlarının avtomatlaşdırılmış informasiya sistemində bir sıra əhəmiyyətli işlərin görülməsi fonunda xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə şəxsi vərəqə prinsipi ilə fərdi uçotun aparılması hal-hazıradək təmin edilməyib. 

Bu isə, gömrük sistemində risklərin idarə olunması, gömrük ödənişlərinin hesablanmasının və daxilolmasının, artıqödəmələrin və borcların uçotunda şəffaflığın təmin edilməsi kimi sahələrdə gömrük inzibatçılığının vəziyyətinin qiymətləndirilməsində çətinliklər yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gülay Cabirin ona yazdığı mesajı paylaşdı - FOTO

Gülay Cabirin ona yazdığı mesajı paylaşdı - FOTO

XI Bakı Beynəlxalq Kitab Sərgisinə getmək istəyənlərin NƏZƏRİNƏ: Xüsusi avtobuslar…

XI Bakı Beynəlxalq Kitab Sərgisinə getmək istəyənlərin NƏZƏRİNƏ: Xüsusi avtobuslar…

Canlı efirdə Rəhimdən danışıb ağladılar - VİDEO

Canlı efirdə Rəhimdən danışıb ağladılar - VİDEO

Məktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO

Məktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO

“Gəncə” Bakıda qələbə QAZANDI

“Gəncə” Bakıda qələbə QAZANDI

Almaniyada hərbi təyyarə ATƏŞƏ TUTULDU

Almaniyada hərbi təyyarə ATƏŞƏ TUTULDU

“Tapşırıq vermişdin, bu səhnədə mən dayanacaqdım” - VİDEO

“Tapşırıq vermişdin, bu səhnədə mən dayanacaqdım” - VİDEO

Millimizin üzvü əməliyyat olundu

Millimizin üzvü əməliyyat olundu

"7 aylıq hamiləyəm, bir neçə gün öncə rəsmi nikaha girmişik" - VİDEO

"7 aylıq hamiləyəm, bir neçə gün öncə rəsmi nikaha girmişik" - VİDEO

Cənubi Afrika Respublikasının səfiri hoteldə ölü TAPILDI

Cənubi Afrika Respublikasının səfiri hoteldə ölü TAPILDI

Daha 4 boksçumuz MDB Oyunlarında yarımfinala YÜKSƏLDİ

Daha 4 boksçumuz MDB Oyunlarında yarımfinala YÜKSƏLDİ

Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA

Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA

"Danışacağam, ehtiyatlı olsunlar" - Həmkarlarını HƏDƏLƏDİ

"Danışacağam, ehtiyatlı olsunlar" - Həmkarlarını HƏDƏLƏDİ

İkinci Liqa: “Xankəndi”dən növbəti QƏLƏBƏ

İkinci Liqa: “Xankəndi”dən növbəti QƏLƏBƏ

Zelenski Zaporojye AES-də kritik vəziyyətin olduğunu BƏYAN ETDİ - VİDEO

Zelenski Zaporojye AES-də kritik vəziyyətin olduğunu BƏYAN ETDİ - VİDEO

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə CƏZA İSTƏNİLDİ

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə CƏZA İSTƏNİLDİ

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi MÜZAKİRƏ EDİLDİ

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi MÜZAKİRƏ EDİLDİ

Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Goranboyda hərbi texnika daşıyan yük maşını YANDI

Goranboyda hərbi texnika daşıyan yük maşını YANDI

Tramp: “Nobel Sülh Mükafatını alacağıma inanmıram” - VİDEO

Tramp: “Nobel Sülh Mükafatını alacağıma inanmıram” - VİDEO

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü QEYD OLUNDU - FOTO

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü QEYD OLUNDU - FOTO

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

End of content

No more pages to load

RADİO