Bakıda ana 3 aylıq körpəsini küçəyə atmaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Xəzər Tv-də reportaj yayımlanıb.
Məlumata görə, hadisə ötən gün Bakının qəsəbələrindən birində baş verib. Qadın 3 aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Lakin ətrafdakı insanlar buna mane olub.
Qadını uşağı ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.
Uşaq yarıçılpaq olduğundan ananı sığınacağa göndərən qadın öz paltarı ilə körpənin üstünü örtüb.
İctimai Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, körpə anadan olandan çimdirilməyib. O bildirib ki, ana ilə söhbət aparılsa da, o, qəti şəkildə övladından imtina etdiyini söyləyib.
Bizim.Media