“Muhteşem Yüzyıl” və “Kuruluş Osman” seriallarının ulduzu Burak Özçivit 2 ildən sonra yenidən Rusiyaya gedəcək.
Bizim.Media xəbər verir ki, Özçivit Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcək.
Burak türk musiqisindən ibarət konsertlərdə iştirak edəcək. Aktyor media əhli ilə görüşərək, çəkiliş layihələrindən, eyni zamanda karyerası və şəxsi həyatı ilə bağlı sualları cavablandıracaq. Konsertlərdən sonra Özçivitin ən sadiq pərəstişkarları üçün fan görüşləri təşkil olunacaq.
Rəşad Əliyev, Bizim.Media