İlham Əliyev akademik Arif Paşayevi təbrik etdi

Prezident İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib:

“Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.

Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.

Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir”.

Prezident İlham Əliyev bu əlamətdar gündə akademik Arif Paşayevə möhkəm cansağlığı, xoşbəxtlik və işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

End of content

No more pages to load

RADİO