“Via Qra” pop qrupunun keçmiş üzvü Vera Brejnevanın Qırğızıstanda çıxışına icazə verilməyib.
Bizim.Media xəbər verir ki, sənətçinin Bişkekdəki konserti ləğv edilib.
Brejneva fevralın 18-də Bişkekə qastrol səfərinə gəlməli idi. Lakin “texniki səbəblərə” görə konsert ləğv edilib və tamaşaçılara biletlərin geri qaytarılacağı vəd edilib.
Görünür, Qırğızıstanda Rusiya Federasiyasını tərk edən və Xüsusi Hərbi Əməliyyata qarşı çıxan musiqiçiləri çox da sevmirlər. Daha əvvəl Morqenstern, “Bi-2” qrupunun orada oxumasına icazə verilməyib və Diana Arbeninanın konserti baş tutmayıb. Ukraynalı Brejnevanın qastrol səfərində də bəzi problemləri var. Ötən yay onun Portuqaliya və İspaniyadakı çıxışları ləğv edilib. Özü də bunun səbəbinin müəyyən “şərait” olduğunu bildirdi. İndi Konstantin Meladzedən boşandıqdan sonra Vera ukraynalı qadınların xoşbəxtliyini tapmaq üçün marafon keçirərək pul qazanır.
Rəşad Əliyev, Bizim.Media