Bloger və aparıcı Anastasiya İvleyevanın qalmaqallı “çılpaq” gecəsində iştirak etdikdən sonra rusiyalı müğənni Lolita Milyavskayaya növbəti zərbə dəyib.
Bizim.Media xəbər verir ki, sənətçinin martın 21-də Yekaterinburqda “MTS Live Hall”da planlaşdırılan konserti ləğv olunub.
Daha əvvəl onun Permdə martın 19-na planlaşdırılan konserti də ləğv edilib.
Qeyd edək ki, dekabrın 21-də “Mutabor” klubunda Anastasiya İvleyevanın “çılpaq” gecəsinə qatılan sənətçilərin konsertləri kütləvi şəkildə ləğv olunub.
Rəşad Əliyev, Bizim.Media