Əməkdar artist Xumar Qədimovaya efirdə evlilik təklifi edilib.
Bizim.Media xəbər verir ki, bu anlar “Zarafat bir yana” verilişində yaşanıb.
Firuz adlı bəy mikrofon önünə keçərək Xumarı sevdiyini və onunla evlənmək istədiyini bildirib. Sevgi dolu etirafları eşidən Qədimova təəccübündən donub qalıb.
Həmin bəy əvvəlcə Xumara gül dəstəsi, daha sonra “Sizə evlilik təklifi edirəm. Çox xahiş edirəm, bu üzüyü qəbul edəsiniz” deyərək qutudan çıxardığı üzüyü müğənninin barmağına taxıb. Üzüyü Qədimovanın əlinə taxdıqdan sonra onu əlindən və üzündən öpüb.
Proqramın gedişatında həmin bəy “Mən sizi çox istəmirəm, mən sizi sevirəm” deyərək sənətçini məəttəl qoyub. Bağışlanan hədiyyə və səmimi sevgi etirafından sonra Xumar “Mənim xətrimə hələlik əyləşin... Mən axırda Azərbaycandan köçəcəyəm” sözlərini dilə gətirib.
Verilişdə baş verən həmin anları təqdim edirik: