Qızılcadan ölüm halları niyə ARTIR? – Xəstəliyin yeni forması ilə bağlı XƏBƏRDARLIQ  

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə, 2023-cü ilin noyabr ayı ərzində Azərbaycanda 2919 nəfər qızılca xəstəliyinə yoluxub.  Maraqlıdır ki, DSK-nın təqdim etdiyi məlumatla, ÜST-ün verdiyi məlumat arasında kəskin fərq var, lakin hər iki statistikaya görə bu, son 23 il ərzindəki ən yüksək yoluxma olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Eşşək südü qızılcanın DƏRMANIDIR?


Qızılcaya yoluxanlar isə daha çox uşaqlardır. 

Səhiyyə Nazirliyi ölüm sayını açıqlamasa da, son üç ayda yayılan məlumatlar onu göstərir ki, uşaqlar arasında qızılcadan ölüm halları artmaqdadır. Hətta qeyri-rəsmi rəqəmlər bu rəqəmin 20-ni üstələdiyini də deyir. 

Pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, qızılca son dərəcə yoluxucu xəstəlikdir və peyvənd olunmaq mütləqdir:

“Sovet dövründə peyvənd birvalentli idisə, indi üçvalentli tətbiq olunur. Hansı ki, həmin peyvənd həm məxmərəyə, həm də parazitə qarşıdır. 95% hallarda peyvənd qızılcadan qoruyur. Təbabətdə həmişə 2x2=4 olmur. Peyvəndli uşaqlar da qızılcaya yoluxa bilirlər. 

Lakin “peyvənd vurdurub və ölüb” kimi xəbərlərə inanmıram. Bəli, builki qızılca klassik gedişatdan fərqlidir. Klassik gedişatda qızılca mərhələli xəstəlikdir. Birinci etapda üç-dörd gün qızdırma olur, göz qızarır, öskürək yaranır, növbəti üç-dörd gündə isə səpki başlayır. İndikilərdə isə dəyişiklik var. Belə ki, indi uşaq on gün qızdırır, sonra səpir. 

Builki sıxlıqda qızılcaya yoluxma heç yadıma gəlmir. Lakin bunun qızılca yox, başqa infeksiya olduğuna dair şübhələr cahillik əlamətidir.

Qeyd edim ki, qızılcanın spesifik müalicəsi yoxdur. Ancaq qızdırmanın aşağı salınmasına, öskürəyin keçməsinə qarşı dərman preparatları qəbul edilir”.

Pediatr vurğulayıb ki, qızılcadan ölüm hallarının artmasının səbəbini aidiyyəti qurumlar cavab verməlidir:

“Peyvənddən imtina qəbuledilməzdir. Mən başa düşmürəm ki, peyvənd olunmaq niyə könüllü olub?  Sovet vaxtında məcburi idi. İndi isə bir aparıcı efirdə çıxıb deyir ki, Hindistan bizə düşməndir, oradan gələn peyvənddən istifadə etmək olmaz. Bunu demək cinayətdir ey... Sovet dövründə elə adamı saxlamazdılar. Heç kim öz şəxsi fikrini efirdə, mətbuatda çağırış formasına salıb, insanları qorxuda bilməz” – deyə, Vaqif Qarayev bildirib.

Əlavə olaraq onu da bildirək ki, rəsmi qurumlar ölkədə qızılcaya yoluxma halları yayılandan bəri xəstəlikdən ölənlərlə bağlı statistika açıqlamayıb. Bununla bağlı müraciətlərimizə də susqunluqla yanaşılır. Amma mediada az qala hər gün bir uşağın qızılcadan dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılır...  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

End of content

No more pages to load

RADİO